EN

Culfada ağır qəza - 4 nəfər həlak oldu, 2-si polisdir

Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnın yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə.Az-ın "Report"a istinadən xəbərinə görə, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, qəzada həyatı itirənlərdən 2 nəfər polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
28
35
olke.az

10Sources