AZ

Azərbaycanda dəhşətli QƏZA : Dörd polis əməkdaşı həlak oldu

11:06 12.09.2025
11:06 12.09.2025

Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az-ın xəbərinə görə, rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.


Seçilən
19
16
mynews.az

10Mənbələr