EN

Lamin Yamal anasına aldığı evdən danışıb

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın vingeri Lamin Yamal anası üçün ev alıb. Sport24.az xəbər verir ki, ulduz futbolçu  bu barədə "20minutos" proqramında qonaq olarkən danışıb:

"Mən ondan hansı rayonda ev istədiyini soruşdum. Anam bu sahəni seçdi. Onun istədiyi hər şey var. Anam mənim kraliçamdır, ən çox sevdiyim budur. Anam xoşbəxtdir, görürəm ki, qardaşım arzuladığım uşaqlığı yaşaya bilər və bu, məni hamıdan çox xoşbəxt edir".

Qeyd edək ki, 18 yaşlı Yamal bu mövsüm Kataloniya klubunun heyətində La Liqada 3 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Barselona" ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir və bazar dəyəri 200 milyon avro qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
sport24.az

1Sources