EN

Yaponiya Rusiyaya əlavə sanksiyalar tətbiq edib

Yaponiya tərəfindən sentyabrın 12-də Rusiyadan 14 fiziki və 48 hüquqi şəxsə qarşı əlavə sanksiyalar tətbiq edilib.

Ucnoqta.az xəbər verir ki, bu ölkənin İqtisadiyyat və Ədliyyə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Məhdudiyyətlər Belarus, Çin Xalq Respublikası (ÇXR), Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Seyşel adaları və Marşal adalarında qeydiyyatdan keçmiş bəzi şirkətlərə də şamil ediləcək.
Sanksiya siyahılarına daxil olan şirkətlərin, o cümlədən Artek uşaq düşərgəsinin və Axmat-Hadji Kadırov Fondunun aktivlərinin dondurulacağı qeyd olunur. Bundan əlavə, Rusiya Federasiyasından daha iki təşkilata ixrac qadağası tətbiq olunacaq.

Qeyd olunur ki, Nazirlər Kabineti Rusiya ilə əlaqəli şəxslərə qarşı aktivlərin dondurulmasını və digər tədbirləri tətbiq edəcək.

Chosen
24
ucnoqta.az

1Sources