EN

Rüstəm Behrudi:"Allahla işim yoxdur, Tanrı bizə yetər" – Müsahibə

- Sizdən bir bənd qalacaq olsa, hansının olmasını istəyərdiniz?

- Mən qərib, kimsəsiz, didərgin ruham,
Göylərdə bilinməz qəbrim var mənim.
Ölsəm, tabutumu mələklər tutar,
Yasımı Allahlar saxlayar mənim.

- Əgər gənc Rüstəm Behrudi ilə üz-üzə oturub söhbətləşmək imkanı olsaydı, onlar bir-birinə nə deyərdilər?

-Ondan soruşardım ki, sən xoşbəxtsənmi? O gənc də indiki məni görərdi axı... Mənə maraqlı olardı ki, o neçə illərdən sonra axtardığını tapıb, ya yox? Təbii ki, mən özüm bilirəm, amma o bilərmi?! O gənclə bərabər doyunca, hönkürə-hönkürə ağlayardım... O gənc Rüstəmə bu şəhərdə illər ərzində nələr çəkdiyimi, bu yerə necə və nələrin bahasına gəlib çıxdığımı danışardım. O da yəqin məndən soruşardı ki, bütün bunlara dəyərdimi?!.

- Cavabınız nə olardı?

- Heç dəyməzdi...

- Sosial şəbəkədə aktiv çıxış edirsiniz və əksər paylaşımlarınız adətən bu misranızla yekunlaşır: “Bu da belə bir ömürdü, yaşadım…” Doğum gününüz ərəfəsində etdiyimiz bu söhbətimizi də həmin ənənənizə uyğun, elə o ab-havada yekunlaşdırmağınızı istəyirəm. Sizcə, necə bir ömürdü yaşadığınız?..

- Bir sonbahar sabahı qurd ulayanda doğulmuşdum, qurdlar ulaşanda da bitəcək hər şey! Tanrı mənə bir missiya vermişdi - türk yurdlarından Tanrı dağına gedən yola çıraq tutmaq, o yolun adlı-adsız qəhrəmanlarının şərqilərini oxumaq, “qızıl alma”nın nurunu anlatmaq! Bacardımmı, bilmirəm…

Ancaq onu bilirəm ki,
Sözüm – bir həsrəti,
Yaşım – bir ölümü,
Ömrüm – bir tabutu
Süsləyəcək qədər
Gözəl keçdi…

Chosen
49
kulis.az

1Sources