EN

Bu vəzifədə ilk xarici səfərini Ukraynaya reallaşdıracaq

Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper nazir vəzifəsində ilk xarici səfərini Ukraynaya edəcək.

Musavat.com  Britaniya hökumətinin saytında yerləşdirilən məlumata istinadən xəbər verir ki, səfər bu gün reallaşdırılacaq: "Xarici işlər naziri kimi ilk bir neçə gündə Ukraynaya səfər etmək qərarına gəldim, çünki Ukraynanın təhlükəsizliyi Böyük Britaniyanın təhlükəsizliyi üçün vacibdir".

Xarici işlər naziri qeyd edib ki, London enerji infrastrukturunun saxlanması və təmiri üçün Ukraynaya 142 milyon funt sterlinq (192 milyon dollar) ayırır.

Musavat.com

 

Chosen
10
musavat.com

1Sources