EN

Premyer Liqa: “Araz-Naxçıvan” və “Zirə”nin səfər sınağı

Azərbaycan Premyer Liqasında IV tura bu gün iki oyunla start veriləcək.

Msport.az xəbər verir ki, ilk olaraq “Araz-Naxçıvan” “Kəpəz”in qonağı olacaq.

Qarşılaşma saat 17:45-də start götürəcək. Hesabında 7 xal olan Naxçıvan klubu üçüncü pillədə qərarlaşıb. Üç qarşılaşmanın hamısında uduzan “Kəpəz” sonuncu – 12-ci sıradadır.

Günün ikinci matçında “Qarabağ” “Zirə”ni qəbul edəcək. Bu görüş saat 20:00-da başlayacaq. Rəqiblərindən bir oyun az keçirən “Qarabağ” 3 xalla yeddinci, “Zirə” isə 7 xalla birinci yerdədir.

 

Azərbaycan Premyer Liqası

IV tur

12 sentyabr

 

17:45. “Kəpəz” – “Araz-Naxçıvan”

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

 

20:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Azərsun Arena”

 

Qeyd edək ki, tura sentyabrın 14-də yekun vurulacaq.

Chosen
9
11
msport.az

10Sources