EN

2027-ci ildə Çempionlar Liqasının finalı bu stadionda oynanılacaq

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyununun keçiriləcəyi məkan bəlli olub.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki,  görüş İspaniyanın "Atletiko" klubunun stadionu " Riyadh Air Metropolitano"da keçiriləcək.

Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda, qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalının isə Varşavadakı Milli Stadionunda keçiriləcəyi açıqlanıb.

Xatırladaq ki, bu mötəbər yarışı qəbul etməyə 68 min 700 tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu da namizəd idi.

Chosen
46
2
teleqraf.com

3Sources