EN

Donald Trampın oğlu milyarder oldu

ABŞ-ın prezidenti Donald Trampın oğlu, 41 yaşlı Erik Tramp rəqəmsal valyuta sahəsindəki uğurlu sərmayəsi nəticəsində milyarderə çevrilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.

Məlumata görə, Erik Tramp “American Bitcoin” adlı kriptovalyuta mədən şirkətinin həmtəsisçisi və strateji məsələlər üzrə direktorudur. Şirkətin səhmləri sentyabrın 3-də kəskin artıb və nəticədə Erik Trampın şirkətdəki payının dəyəri 950 milyon dollara yüksəlib. Digər aktivləri ilə birlikdə onun ümumi sərvəti 1 milyard dolları ötüb.

Qeyd edək ki, Erik Tramp bir neçə gün əvvəl “Nikkei Asia” nəşrinə verdiyi müsahibədə gələcəkdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək ehtimalını istisna etmədiyini açıqlayıb.

Chosen
51
veteninfo.az

1Sources