EN

Hadruta və Xocalının Badara kəndinə ilk köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu çərçivədə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə ilk köç karvanı yola salınıb.

Budəfəki mərhələdə Xocalı rayonunun Badara kəndinə Goranboy rayonundan – 8 ailə (28 nəfər), Bakı şəhərindən – 4 ailə (19 nəfər), Bərdə rayonundan – 1 ailə (4 nəfər), Gəncə şəhərindən – 1 ailə (4 nəfər) olmaqla cəmi 14 ailə (96 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə Beyləqan rayonundan – 4 ailə (17 nəfər), Bakı şəhərindən – 4 ailə (14 nəfər), Biləsuvar rayonundan – 1 ailə (6 nəfər), Abşeron rayonundan – 1 ailə (4 nəfər) olmaqla cəmi 10 ailə (41 nəfər) köçürülüb.

Beləliklə, 12.09.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocavənd rayonunun 3 yaşayış məntəqəsinə cəmi 30 ailə (125 nəfər), Xocalı rayonunun 6 yaşayış məntəqəsinə isə cəmi 412 ailə (1734 nəfər) köçürülmüşdür.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Chosen
28
13
apa.az

10Sources