Rusiyanın SSKA klubu "Napoli"dən Matiya Popoviçi transfer edib.
QOL.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.
19 yaşlı serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Popoviç SSKA-da 20 nömrə altında çıxış edəcək.
Qeyd edək ki, Matiya Serbiyanın "Partizan"ın yetirməsidir. O, 18 yaşında "Napoli"yə keçib. Ötən mövsüm o, İtaliya klubunun gənclər komandasında 26 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.