AZ

"Napoli"nin futbolçusu Rusiya klubuna keçdi

style='margin-bottom:10px;'>

Rusiyanın SSKA klubu "Napoli"dən Matiya Popoviçi transfer edib.

QOL.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.

19 yaşlı serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Popoviç SSKA-da 20 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Matiya Serbiyanın "Partizan"ın yetirməsidir. O, 18 yaşında "Napoli"yə keçib. Ötən mövsüm o, İtaliya klubunun gənclər komandasında 26 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr