EN

Super Liqa nəhəngi aylardır gözlənilən transferi reallaşdırdı - FOTO

"Beşiktaş" uzun müddətdir gündəmdə olan sol cinah transferini həll edib.

Milli.Az xəbər verir ki, İstanbul klubu "Nottingham Forest"in portuqaliyalı futbolçusu Jota Silva ilə razılığa gəlib.

Transfer icarə əsasında baş tutacaq və müqavilədə 15,5 milyon avro satınalma opsiyası yer alacaq.

İngiltərə klubu oyunçuya Türkiyəyə uçuş üçün icazə verib. Jota Silva sentyabrın 12-də, cümə günü səhər saat 07:00-da İstanbula gəlib. Lakin o, tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Portuqaliyalı futbolçu ötən mövsüm "Nottingham Forest"in heyətində 37 oyuna çıxaraq 4 qol və 2 asistlə yadda qalıb.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
22
1
milli.az

2Sources