EN

Fransada Beynəlxalq Qastronomiya Günlərində Azərbaycan pavilyonu

Fransanın tanınmış aşpazları Beynəlxalq Qastronomiya Günləri Festivalı çərçivəsində təşkil olunmuş Azərbaycan pavilyonunu ziyarət ediblər.

Kulis.az xəbər verir ki, Parisdə Eyfel qülləsi yaxınlığında Azərbaycanın Fransadakı səfirliyi və "Azərbaycan Dostları" Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil edilmiş pavilyonu fransanın tanınmış aşbazlarından Kiril Rouquet Provost, "Dünya aşbazları" məktəbinin prezidenti, Kristofe Geoffroy və digərləri, səfir Leyla Abdullayeva, Parisdəki diplomatlarımız, yerli iş adamları festival iştirakçıları və digər şəxslər ziyarət ediblər.

Qeyd edək ki, Paris Beynəlxalq Qastronomiya Günləri 2016-cı ildən etibarən keçirilir. Bu il festival çərçivəsində 60-dan çox ölkəni təmsil edən pavilyonlar, habelə 120-ə yaxın ölkədən nümayəndələr bir araya gəlib.

Chosen
3
2
kulis.az

10Sources