EN

Süni intellekt bu ölkədə nazir təyin edildi-FOTO

Albaniya yüksək dövlət vəzifəsinə süni intellekti təyin edən ilk ölkə olub. Bu barədə “Politico” nəşri məlumat verir.

“Diella” adlı bot dövlət satınalmalarına cavabdeh təyin edilib.

Baş nazir Edi Rama Diellanı “hökumətin fiziki mövcud olmayan, lakin süni intellekt alqoritmləri əsasında fəaliyyət göstərən ilk üzvü” kimi təqdim edib. AI-botun əsas vəzifəsi dövlət kontraktlarının paylanması üçün tamamilə şəffaf və “100 faiz korrupsiyasız” sistem yaratmaqdır.

Alban dilində “günəş” mənasını verən Diella artıq e-Albania milli rəqəmsal platformasına inteqrasiya olunub, onun vasitəsilə vətəndaşlar dövlət xidmətlərinə çıxış əldə edirlər. O, ənənəvi alban geyimindədir və insanlara səsli əmrlər vasitəsilə kömək edir. Diella həmçinin sənədləri elektron möhürlərlə verir ki, bu da bürokratik gecikmələri azaltmağa kömək edir.

Albaniya uzun illərdir dövlət satınalmalarında korrupsiya ilə üzləşir, Avropa İttifaqı bunu qanunun aliliyinə dair hesabatlarında müntəzəm olaraq vurğulayır. 2025-ci ilin mayında dördüncü müddətə yenidən seçilən E.Rama ölkəni 2030-cu ilə qədər Aİ-yə daxil edəcəyinə söz verib.

AzPost.az

Chosen
26
azpost.info

1Sources