Ermənistan prezidenti Vaaqn Xaçaturyan Rusiya ilə münasibətlərə dair diqqətçəkən açıqlama verib.
Milli.Az xəbər verir ki, o bildirib ki, Ermənistan artıq Rusiyanın "kiçik qardaşı" deyil, Moskva ilə münasibətlər tərəfdaşlıq prinsiplərinə əsaslanır.
Prezidentin sözlərinə görə, son illərdə Ermənistan iqtisadiyyatını şaxələndirə bilib və müstəqil qərarlar qəbul etmə imkanına sahib olub:
"İndi bizim Rusiya ilə tamamilə fərqli münasibətimiz var - tərəfdaşlıq. Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaş kimi deyil, sadəcə tərəfdaşlıq xarakteri daşıyır. Son dörd il ərzində biz buna can atmışıq", - Xaçaturyan deyib.
Fidan
Milli.Az