EN

ABŞ Hərbi-Dəniz Akademiyasında atışma baş verib

ABŞ Hərbi-Dəniz Akademiyasının kursantlarının yaşadığı yataqxanada atışma baş verib. Səlahiyyətlilərin məlumatına görə, ərazi təhlükəsizlik tədbirləri çərçivəsində mühasirəyə alınıb. Məlumatda atəşi açan şəxsin akademiya tələbəsi olduğu bildirilir.

Vətəninfo.az xəbər verir ki, Annapolis şəhər rəhbərliyi yaydığı bəyanatda bu ifadələrə yer verib:
“Annapolis Hərbi Dəniz Bazası yerli hüquq-mühafizə orqanları ilə birlikdə Dəniz Akademiyasına qarşı mümkün təhdidlərə cavab verir. Təhlükəsizlik məqsədilə baza müvəqqəti olaraq mühasirəyə alınıb’’.

“Fox News” telekanalının məlumatına əsasən, akademiya kursantlarının yaşadığı “Bancroft Hall”da atışma səsləri eşidilib.

Chosen
18
veteninfo.az

1Sources