EN

DİQQƏTLİ OLUN: Bu xəstəlik bütün bədəni məhv edir!

Yazını böyüt
Yazını kiçilt

Çox vaxt yalnız bağırsaq problemləri ilə əlaqəli çölyak xəstəliyi əslində bütün bədəni təhdid edən məkrli bir vəziyyətə çevrilə bilər. Semptomlar olmadan irəliləyə bilən xəstəlik, zamanla qaraciyərin zədələnməsi və osteoporozdan inkişaf geriliyi və siroza qədər bir sıra ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Hafta.az-ın yazdığına görə, Türkioyədəki Başkənt Universitetinin daxili xəstəliklər uzmanış professor Birol Özər ümumi, lakin çox vaxt diqqətdən kənar qalan çölyak xəstəliyi ilə bağlı əhəmiyyətli xəbərdarlıqlar edibi. Professor Özər çölyak xəstəliyinin düşünüldüyündən daha çox rast gəlindiyini və bu fərdlərdən bəzilərinin heç bir əlamət görmədiyini vurğulayıb.

Professor Özər çölyak xəstəliyinin təkcə bağırsaqlara təsir etmədiyini bildirərək belə deyib: “İncə bağırsaqda malabsorbsiyaya səbəb olan çölyak xəstəliyi uzun müddətdə qaraciyərdən sümük quruluşuna qədər bir çox sistemi təsir edə bilər. Bu səbəbdən diaqnozun qoyulması və müalicəyə başlanması son dərəcə vacibdir. Çölyak xəstəliyi uşaqlıqdan irəliləmiş yaşa qədər istənilən vaxt inkişaf edə bilər. Xəstəlik məsələn, Şimali Avropa, Şimali Amerika və Qərbi Asiyada yaygın olsa da, Çin, Yaponiya və bəzi Afrika bölgələrində demək olar ki, yoxdur, çünki bu cəmiyyətlər buğda əsaslı yeməklər yemir. Xüsusilə də uzun müddət ana südü ilə qidalanan uşaqlarda buğda ilə daha gec təmasda olduğu üçün əlamətlər gec görünür. Ancaq uşaq iki yaşına çatdıqda və buğda məhsulları ilə qidalandıqda ishal və inkişaf geriliyi kimi problemlər yarana bilər. İncə bağırsağın daxili quruluşu zədələndikdə, qidalanma, qarın boşluğu kimi problemlər yaranır. Böyümə geriliyi və cinsi yetkinlik gecikməsi baş verə bilər”.

Professor deyib ki, məsələn, açıqlana bilməyən qaraciyər testində anormallıqlar varsa, mütləq çölyak xəstəliyi ağla gəlməlidir. Bəzi xəstələrdə çölyak xəstəliyinə bağlı siroz belə inkişaf edə bilər. Ancaq bu cür misallar sizi qorxutmasın. Hər bağırsaq şikayəti üçün dərhal çölyak testi etdirməyiniz uyğun deyil. Yalnız ailədə çölyak xəstəliyi daşıyanlar və ya risk qrupunda olanlar bu xəstəliyə yoluxa bilər. Diabet və ya qalxanabənzər vəzi xəstəliyi kimi otoimmün xəstəliklərlə bağlı bu insanlar mütləq müayinədən keçməlidirlər, lakin çölyak xəstəliyinə gəldikdə, bu təkcə həzm sistemini deyil, həm də bədəndəki bir çox orqanı təsir edən ciddi bir vəziyyətə çevrilə bilər.

Professor Birol Özər bildirib ki, çölyak xəstəliyi üçün ayrıca müalicə yoxdur. Burada ən vacibi ciddi şəkildə riayət edilməli olan bir pəhrizdir.

Chosen
5
hafta.az

1Sources