Rusiyanın Leninqrad vilayətinin üzərində 30-dan çox pilotsuz uçuş aparatı məhv edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko “Telegram” kanalında məlumat verib.
"Leninqrad vilayəti üzərində hava hücumundan müdafiə qüvvələri və ordumuz tərəfindən 30-dan çox PUA məhv edilib", - Drozdenko vurğulayıb.
Qubernator onu da qeyd edib ki, PUA-ların qalıqları və qırıntılarının düşməsi Vsevolojsk, Tosno, Pokrovskoye və Uzmino kəndlərində, eləcə də Lomonosovski rayonunda yaşayış məntəqələrindən kənarda qeydə alınıb.
"Hər hansı itki yoxdur. PUA-ların hücumunun dəf edilməsi davam edir", - o əlavə edib.
Moskvanın meri Sergey Sobyanin isə HHM sistemlərinin Moskva istiqamətində uçan doqquz PUA-nı zərərsizləşdirdiyini yazıb.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan iki düşmən PUA-sını məhv edib. Dağıntıların olduğu yerdə Fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyirlər", - məlumatda deyilir.