EN

İran XİN rəhbəri: Nüvə materialları zərbələrdən sonra dağıntılar altında qalıb

BAKI, 12 sentyabr. TELEQRAF

İsrail və ABŞ-nin zərbələrindən sonra ölkənin zənginləşdirilmiş bütün nüvə materialları hazırda nüvə obyektlərinin dağıntıları altında qalıb.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, materialların vəziyyəti və onlara çıxış imkanları İranın Atom Enerji Təşkilatının mütəxəssisləri tərəfindən qiymətləndirilir:

"Qiymətləndirmə başa çatdıqdan sonra mütəxəssislər hesabat hazırlayacaq və bu sənəd Milli Təhlükəsizlik Şurasına təqdim olunacaq. Daha sonra Şura müvafiq qərar qəbul edəcək".

Qeyd edək ki, bir müddət əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA)rəhbəri Rafael Qrossi qurumun İrandan zənginləşdirilmiş uranın ehtiyatları barədə məlumat almadığını bildirmişdi. Daha sonra isə Abbas Əraqçi ilə Rafael Qrossi arasında İrana zərbələrindən sonra dayandırılmış əməkdaşlığın bərpası barədə saziş imzalayıblar.

Chosen
30
1
teleqraf.com

2Sources