Culfada baş verən yol qəzasında həlak olanların adları məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, onlar Quliyev Qüdrət Qasım oğlu, Adınsoy Uğur Emin oğlu, Abbasov Səbri Mövla oğlu və Əliyev İlham Elnur oğludur.
Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
***
08.06
Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzada həlak olanların dördü də polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir.







