EN

Portuqaliyalı futbolçu Jota Silva İstanbula gəldi

"Beşiktaş"ın transfer danışıqlarına başladığı İngiltərə Premyer Liqa komandalarından "Nottingem Forest"in cinah oyunçusu Jota Silva İstanbula gəlib.


Manset.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, şəxsi təyyarə ilə Atatürk Hava Limanı Baş Aviasiya Terminalına gələn portuqaliyalı futbolçunu ağ-qara rəsmilər və bir qrup azarkeş qarşılayıb.

Hava limanından ayrıldıqdan sonra açıqlama verən Jota Silva, "Özümü çox yaxşı hiss edirəm. Burada olmaqdan xoşbəxtəm və həyəcanlıyam. Beşiktaş kimi böyük bir komandanın parçası olmaqdan qürur duyuram " deyə qeyd edib. 

Jota Silvanın tibbi müayinədən keçdikdən sonra son transfer günündə Beşiktaş ilə müqavilə imzalaması gözlənilir.

Chosen
47
manset.az

1Sources