EN

Süleyman Mikayılov növbəti qəbul keçirdi Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Çeyildağ qəsəbə sakinləri ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər.

Görüşdə həmçinin 50-yə yaxın qəsəbə sakini iştirak edib.

Sakinlərdən 5 nəfəri fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib, bəzi müraciətlər isə yerindəcə həll olunub.

Qəsəbə sakinləri əhalinin problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Ənənəvi olaraq, səyyar görüşdən öncə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Çeyildağ qəsəbəsinin şəhidlərinin – Qədirov Şahin Bayram oğlunun barelyefini və Muradov Səyavuş Əlimərdan oğlunun büstünü ziyarət edib, onların xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, RİH başçısı Süleyman Mikayılovun digər qəsəbələrdə də səyyar görüşləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
qafqazinfo.az

1Sources