EN

Toydan qayıdan 4 polis ağır qəzada ÖLDÜ

Culfada avtomobil qəzasında ölən polislərin adları məlum olub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, yol qəzasında ölənlər Quliyev Qüdrət Qasım oğlu, Adnansoy Uğur Emin oğlu, Abbasov Səbri Mövla oğlu və Əliyev İlham Elnur oğludur.

***

Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Onlar toy məclisindən qayıdırmışlar.

Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
30
35
redaktor.az

10Sources