EN

Eşqi Bağırov: Qəzalı məktəblərin sayı azaldılıb

BAKI, 12 sentyabr TELEQRAF

Son illər ərzində qəzalı vəziyyətdə olan məktəblərin sayı 900-dən 400-ə endirilib.

Teleqraf xəbər verir ki, bunu MÜTDA-nın direktoru Eşqi Bağırov 2025–2026-cı tədris ilinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu il 16 ümumitəhsil müəssisəsi müəllim və şagirdlərin istifadəsinə veriləcək.

“Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda da 11 ümumitəhsil məktəbinin istifadəyə veriləcək ”, – deyə Eşqi Bağırov qeyd edib.

Chosen
96
teleqraf.com

1Sources