QHT.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 11.09.2025-ci il tarixində Neftçala şəhərində təşkil edilmişdir. Tədbirdə hüquqi yardıma ehtiyacı olan Şəhid ailələri və müharibə iştirakçılarına vəkillər tərəfindən hüquqi yardım xidməti təşkil edilmişdir.
Qəbulda vətəndaşları narahat edən problemləri ilə bağlı müvafiq məsləhətlər verilmişdir. Eyni zamanda müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib edilmişdir.