EN

Bakı Sumqayıt qatarı niyə gecikib? Açıqlama

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Bu gün Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarda gecikmə olub.

Bu barədə “Qafqazinfo”ya sərnişinlər müraciət edib.

Sərnişinlərin sözlərinə görə, qatarın hərəkətində müşahidə edilən gecikmə elektrik enerjisinin kəsilməsi səbəbindən yaranıb. Hadisə nəticəsində qatarda olan sərnişinlər 15 dəqiqədən çox müddətdə gözləməli olublar.

Vətəndaşların iddiasına görə, bir müddət gözlədikdən sonra onlara vaqonu tərk etməli olduqları bildirilib.

Məsələni aydınlaşdırmaq üçün Azərbaycan Dəmir Yollarına (ADY) sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, saat 10:10 radələrində Abşeron dairəvi dəmiryol marşrutu üzrə Sumqayıt-Pirşağı sahəsində kontakt şəbəkəsində yaranmış texniki nasazlıq bu istiqamətdə bəzi qatarların hərəkətində gecikmələrə səbəb olub: “Nasazlığın aradan qaldırılması üçün tədbirlər görülür. Sərnişinlərdən yaranan narahatlığa görə anlayışlı olmalarını xahiş edirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
qafqazinfo.az

2Sources