EN

Milli Məclisin komitə iclası keçirilir

BAKI, 12 sentyabr. TELEQRAF

Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyası üzrə ilk iclası keçirilir.

Teleqraf xəbər verir ki, iclasın gündəliyinə 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat daxil edilib.

Həmçinin bugünkü iclasda komitənin 2025-ci il payız sessiyası üçün iş planı, “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi daxil olunub.

Komitə iclasında eyni zamanda “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq prosedura haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikası Qanununun layihəsi də müzakirə ediləcək.

Chosen
37
teleqraf.com

1Sources