EN

Dərslərin planlaşdırılması üzrə müşahidə nəticələri açıqlanıb

Aparılmış monitorinqlər nəticəsində dərslərin planlaşdırılması ilə bağlı maraqlı nəticələr ortaya çıxıb. Belə ki, təlim nəticələrinin müəyyən olunması sahəsində müəllimlərin 45%-i "kafi", 4%-i isə "yaxşı" səviyyədə qiymətləndirilib.

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.

Təlim üsul və formalarının seçilməsi üzrə bu göstəricilər müvafiq olaraq 23% və 2%, əvvəlki təlim nəticələrinin nəzərə alınması sahəsində isə 26% və 3% təşkil edib. Dərs planları çox vaxt formal xarakter daşıyır və dərslər təqdim olunan plan əsasında keçirilir. Şagirdlərin əvvəlki təlim nəticələrini nəzərə alan və təlim nəticələrinə xidmət edən fəaliyyətlərin planlaşdırıldığı dərslərə isə nadir hallarda rast gəlinir".

 

Chosen
10
azedu.az

1Sources