EN

Dinlənilən hər 10 dərsən 7-də tədrisin keyfiyyəti zəif olub -

Son 4 ildə Təhsil Nazirliyi yalnız məktəblərin ümumi işi ilə deyil, həm də dərslərin keyfiyyəti ilə bağlı monitorinqlərə diqqəti artırıb. Metbuat.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025–2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.Onun sözlərinə görə, son 4 ildə 400 məktəbdə 17 min 300-dən çox dərs dinlənilib

Dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif olub. Ümumi dərslərin yalnız 30 faizi “kafi” və “yaxşı” kimi qiymətləndirilib. Dinləmələr azərbaycan dili, riyaziyyat, ingilis dili və digər fənlər üzrə aparılıb. Ən zəif qiymətləndirilən fənn isə 85 faiz göstərici ilə ingilis dili olub.

Chosen
23
6
metbuat.az

7Sources