EN

Böhran: Putin bir tərəfdən qırdırır, bir tərəfdən də "doğum sayını artırın" deyir

Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılması prioritet milli vəzifədir.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Prezidentin Mərkəzi Federal Dairədəki səlahiyyətli nümayəndəsi İqor Şeqolev dövlət başçısının forumda əsas diqqətin Rusiyanın demoqrafik siyasətinə yönəldiyini vurğulayan müraciətini oxuyub.

"Vurğulamaq istərdim ki, demoqrafik vəziyyətin yaxşılaşdırılması, doğum səviyyəsinin dəstəklənməsi, əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması, çoxuşaqlı ailələrin dəyərlərinin möhkəmləndirilməsi prioritet ümummilli vəzifədir”, - deyə Şeqolev prezidentin müraciətindən sitat gətirib.

Putin demoqrafik problemlərin həlli üçün dövlətin, biznesin, medianın, qeyri-kommersiya təşkilatlarının və könüllülər hərəkatının potensialından maksimum istifadə etməyin zəruriliyini qeyd edib.

Chosen
22
publika.az

1Sources