EN

Naxçıvanın bəzi əraziləri subasmaya məruz qalıb - VİDEO

 Naxçıvan şəhərində bəzi ərazilər subasmaya məruz qalıb.

Missiya.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Muxtar respublika FHN-in müvafiq qüvvələri çağırış ünvanlarına cəlb edilib. 

Görülmüş işlər nəticəsində Naxçıvan şəhərində su basmış ümumilikdə 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Chosen
26
13
missiya.az

10Sources