EN

Avropadan Rusiya ilə bağlı qərar: tarix və siyahı açıqlandı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketini sentyabrın 15-də təqdim edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

“Blumberq” agentliyinin məlumatına görə, yeni sanksiyalar Rusiyanın altı bankına, ödəniş sistemlərinə, neft şirkətlərinə və kriptovalyuta birjalarına təsir edəcək.

“Yeni məhdudiyyətlərə məruz qalanların siyahısına “Rosselxozbank”, Asiya-Sakit Okean Bankı (APB), Belarusdakı törəmə şirkəti də daxil olmaqla bütün “Alfa-Bank” strukturları daxil ola bilər. Həmçinin, “Roseximbank”, Moskva Kredit Bankı, “SMP” Bank, “TransCapitalBank” və “CreditEuropeBank” da sanksiyalara məruz qala bilər.

Aİ ilk dəfə olaraq üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınmağın qarşısını almaq üçün mexanizmdən istifadə etməyi də planlaşdırır”, – deyə bildirilib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
globalinfo.az

1Sources