EN

Müəllimlərlə hələ çox işləməliyik... - Elnur Əliyev

Son 4 il ərzində 400 məktəbdə 17 min 300 müxtəlif dərs dinlənərək, sistemli data toplanıb. Əsasən Azərbayca və ingilis dili, riyasiyyat və digər fənlərdən dinlənmə aparılıb. Əsas 5 meyyara baxmağa çalışmışıq – müəllimlər dərsə necə hazırlaşır, şagirdlər dərs fəal cəlb olunurmu, vaxt və resursdan istifadə necədir, şagirdlərdə bu dərslər səriştəli formalaşmaya xidmət edirmi və ən əsası şagirlər düzgün qiymətləndirilirmi. 

Modern.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev qeyd edib. 

Hər 10 dərsdən 3-ü əla, kafi, yaxşı olaraq qiymətləndirilsə də, ümumi olaraq müəllimlərin göstərilən meyyarlarda zəif tərəfləri var. 

“Müşahidə olunub ki, dərs planlanmasının formal xarakter daşıması hələ də mövcuddur, dərslərin yarısında təlim nəticələri aydın ifadə olunmur, üsullar düzgün seçilmir və yaxud da dərs öyrənmə prosesində şagirdlərin əvvəl öyrəndikləri ilə indi öyrəndikləri müqayisəli öyrədilmir”- deyə o qeyd edib.

E. Əmirov onu da qeyd edib ki, 70 faiz dərsdə şagirdlərin dərsə fəal cəlb olunmasında problem var. Dərsdə sadəcə yaxşı hazırlaşan şagirdlər fəaldırlar, differensianal yanaşmadan istifadə olunmur. 

Sadəcə hər 100 dərsdən 26-sında dərslərdə vaxt və resurs düzgün bölünür.Dərslərin əksəriyyətində müəllim nitqinə daha çox önəm verilir:

“70 faiz dərslərdə şagirdlərin ünsiyyəti, əməkdaşlığı, tənqidi düşünməsi ilə bağlı ciddi problemlər var. Bu da göstərir ki, biz hələ müəllimlərlə çox işləməliyik”. 

10 dərsdən 7-sində müəllim formativ qiymətləndirməni düzgün aparmır:

“Müəllimin əsas göstəricilərindən biri də budur. Buna baxmayaraq, formativ qiymətləndirmə zamanı təxminən 21 faiz dərsin qiymətləndirilməsi yaxşı və ya kafi qiymətləndirilib. Bu son illərdə təhsil institutunun peşəkar inkişaf proqramlarının içində ən çox əhatə olunan mövzulardan olmağına baxmayaraq, görünən odur ki, görüləcək iş çoxdur” - Təhsil İnstitutunun direktoru qeyd edib. 


 
 

Chosen
21
1
modern.az

2Sources