EN

Qiymətləndirmə nəticələrində qızlar oğlanları üstələyib

 


Azərbaycanda IV sinif şagirdlərinin 2024–2025-ci tədris ili üzrə qiymətləndirmə nəticələrinin təhlilinə görə, qızların göstəricisi oğlanlardan bir qədər üstün olub. Bunu Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, qızların orta balı 27,8, oğlanların isə 27,3 təşkil edib. 

Riyaziyyat fənni üzrə isə oğlanların 13,8 ballıq göstəricisi qızların nəticəsini (13,7 bal) azacıq üstələyib. 

Tədris dili üzrə qiymətləndirmədə qızların orta göstəricisi 14,1 bal olub ki, bu da oğlanların nəticəsindən (13,5 bal) əhəmiyyətli dərəcədə yüksəkdir.

Əliyev  vurğulanıb ki, tədris dili fənni üzrə qızların üstünlüyü statistik olaraq mühüm sayılır. 

Gülnar Nazimqızı

Chosen
29
anews.az

1Sources