EN

Naxçıvanda bəzi əraziləri su basıb


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub. Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən mətbuata bildirilib ki, məlumatlar əsasında nazirliyin müvafiq qüvvələri çağırış ünvanlarına cəlb olunub.
Görülmüş işlər nəticəsində Naxçıvan şəhərində su basmış ümumilikdə 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Mətləb

Chosen
25
12
baki-xeber.com

10Sources