EN

"Birbank Biznes"dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı

Birbank Biznes tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək məqsədilə təqdim olunan “She’s Next” biznes kartı istifadəçilərə müxtəlif imkanlar yaradır. Bu eksklüziv kart həm hüquqi şəxslər, həm də fərdi sahibkar statusuna malik xanımlar üçün nəzərdə tutulub.

“She’s Next” biznes kartı sahibkar qadınlara manat, dollar və avro olmaqla üç valyutada sərbəst istifadə imkanı verir.

Kart eyni zamanda əlavə hədiyyələr və bonuslarla zəngin imtiyazlardan faydalanmaq imkanı yaradır.
 

Kart istifadəçiləri üçün əlavə üstünlüklər də nəzərdə tutulub: POS ödənişləri və bankomatdan nağd vəsait çıxarışı üzrə aylıq dövriyyə limitlərini keçdikdə, istifadəçilərə müəyyən məkanlardan kuponlar təqdim olunur.


“She’s Next” kartını əldə etmək istəyən sahibkar xanımlar Birbank Biznes-in rəsmi internet saytına və ya mobil tətbiqə daxil olaraq onlayn sifariş verə bilərlər. Bu kart sahibinə yalnız maliyyə əməliyyatlarında deyil, həm də biznes fəaliyyətində daha geniş perspektivlər və yeni təcrübələr vəd edir.

Kart haqqında ətraflı məlumat: www.b-b.az/bbbv

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Bizim.Media

Chosen
23
24
bizim.media

10Sources