EN

Bu il ictimai iaşə dövriyyəsinin 51 faizi hüquqi şəxslərin payına düşüb

Bakı, 12 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 faiz artaraq 1 milyard 751 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51 faizi hüquqi şəxslərin, 49 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 886 milyon manat olub.

Chosen
27
9
azertag.az

10Sources