AZ

Azərbaycanda ictimai iaşə dövriyyəsi 14% artıb

2025-ci ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 faiz artaraq 1 milyard 495,9 milyon manat olub.

Bakues.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 757,7 milyon manat olub.

Seçilən
38
8
icma.az

10Mənbələr