EN

Fidan: “Danışıqlar bərpa olunmalıdır”

AzVision.az xəbər verir ki, Türkiyə XİN-in rəhbəri İtaliyanın Xarici İşlər naziri Antonio Tayani ilə keçirdiyi birgə mətbuat konfransında belə deyib.

“Sülh və atəşkəs danışıqları qaldıqları yerdən davam etdirilməlidir. Türkiyə və İtaliya bu müharibənin dərhal sona çatması mövzusunda həmrəydirlər. Bu barədə hörmətli həmkarımla danışmışam. Bu, təkcə regional təhlükəsizliyi təhdid etmir, həm də qlobal təhlükəsizliyə ciddi təhdid yaradır”, - Hakan Fidan söyləyiib.

Türkiyə diplomatiyasının rəhbəri bildirib ki, müharibənin lap əvvəlindən Ankara münaqişənin böyüməsi təhlükəsini dəfələrlə və israrla vurğulamaqla yanaşı, onun tezliklə sona çatmasının vacibliyini diqqətə çatdırır.

Onun sözlərinə görə, Rusiya PUA-larınınPolşanın hava məkanını pozması ilə bağlı insident müharibənin Ukraynadan kənara da yayılma riskindən xəbər verir.

- Polşada hava məkanının pozulması ilə əlaqədar IV maddəyə əsasən NATO-nun daimi nümayəndələri ilə növbədənkənar iclas keçirilib. İclasda bloaa üzv ölkələrin daimi nümayəndələri bu məsələni ətraflı müzakirə ediblər. Ümid edirəm ki, bir daha belə hadisə olmayacaq. Biz vurğuladıq ki, üç il yarım əvvəl başlayan bu müharibənin ən ciddi risklərindən biri onun yayılma riskidir və buna dərhal son qoyulmalıdır”, - türkiyəli nazir deyib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
23
1
azvision.az

2Sources