EN

Gürcüstanda bir gündə 42 narkotik alverçisi saxlanıldı

TBİLİSİ, 12 sentyabr. TELEQRAF

Gürcüstanda son sutka ərzində keçirilən əməliyyatlarda narkotik cinayətlərində ittiham olunan 42 nəfər saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti iri narkotik alverçiləri, bəziləri isə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsində və saxlanılmasında ittiham olunur.

Nazir müavini yaxalananlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşlarının olduğunu vurğulayıb.

Əməliyyat zamanı “qara bazar”da satışı nəzərdə tutulan külli miqdarda müxtəlif növ narkotik vasitələr müsadirə edilib.

Təqsirləndirilən şəxslərin törətdikləri cinayətlərə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Chosen
13
teleqraf.com

1Sources