EN

Respublikanın bir neçə rayonunda yeni klub yaradıldı

Region Liqasında növbəti mövsümün nə vaxt start götürəcəyi hələ dəqiqləşməyib.

AFFA-dan aldığımız məlumata görə, çempionatın ən yaxşı halda oktyabrın üçüncü yarısında başlaması gözlənilir.

Qurum hələlik rəsmi qeydiyyat elan etməyib. Bununla belə, artıq AFFA-ya şifahi müraciət axını var.

40-dan çox komandanın nümaynədəsi federasiya ilə əlaqə saxlayıb, yarışın zamanı və reqlamenti ilə maraqlanıb. Onların arasında yeni yaranan klublar da var. Belə ki, bir neçə rayonda futbol kollektivi ərsəyə gətirilib.

SPORTİNFO.AZ

Chosen
25
sportinfo.az

1Sources