EN

Azərbaycan klubuna türkiyəli baş məşqçi təyin olunub - EKSKLÜZİV

Bakı, 12 sentyabr, AZƏRTAC

Qadın voleybolçulardan ibarət “Abşeron” komandasının yeni baş məşqçisi məlum olub.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Haluk Korkmaz gətirilib. Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Onun köməkçisi bolqarıstanlı Blaqovest Todorov olacaq.

H. Korkmaz son olaraq ölkəsində “Nilüfer Belediyespor”da işləyib.

Chosen
49
3
azertag.az

4Sources