Qadın voleybolçulardan ibarət “Abşeron” komandasının yeni baş məşqçisi məlum olub.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu vəzifəyə Haluk Korkmaz gətirilib.
Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Onun köməkçisi bolqarıstanlı Blaqovest Todorov olacaq.
Qeyd edək ki, Korkmaz son olaraq ölkəsində “Nilüfer Belediyespor”da işləyib.
İdman.biz