EN

Fransızların əksəriyyəti Ukraynaya hərbi kontingent göndərilməsinə qarşıdır - ÖZƏL

Fransada keçirilən sorğu nəticələrinə görə, ölkə vətəndaşlarının çoxu Ukraynaya Qərb hərbi kontingentinin göndərilməsini dəstəkləmir. Olaylar.az xəbər verir ki,  Le Figaro qəzetinin yayımladığı Fransız İctimai Rəy İnstitutu (IFOP) sorğusuna əsasən, respondentlərin 53%-i belə addımın əleyhinə çıxıb. Dəstəkləyənlərin sayı isə 47% təşkil edib. Eyni zamanda, fransızların 75%-i Kiyevə "güclü təhlükəsizlik zəmanətləri" verilməsini vacib hesab edir. Sorğu iştirakçılarının ən azı 56%-i isə Ukraynaya silah tədarükünün davam etdirilməsini, həmçinin bu ölkənin NATO və Avropa İttifaqına üzvlüyünü dəstəkləyib.
Təxminən 1,2 min nəfər 18 yaşdan yuxarı respondent arasında aparılan sorğu Fransadakı ictimai rəyin bölünmüş olduğunu göstərir. Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron daha əvvəl Ukraynaya dəstək koalisiyasında artıq 30-dan çox ölkənin yer aldığını bildirmişdi. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin isə NATO qüvvələrinin Ukrayna ərazisində peyda olması halında onların Rusiya ordusu üçün qanuni hədəf olacağını vurğulayıb. O, həmçinin uzunmüddətli sülh sazişlərinə nail olunduqdan sonra Qərb qoşunlarının Ukraynada yerləşdirilməsinə ehtiyac qalmayacağını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
22
olaylar.az

1Sources