EN

ABŞ G7 ni Çin və Hindistanı Rusiya nefti aldıqlarına görə cəzalandırmağa çağıracaq FT

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ "Böyük yeddilik” (G7) ölkələrinə təzyiq edəcək və onlardan Rusiya nefti alan Hindistan və Çinə qarşı gömrük rüsumlarını kəskin artırmağı tələb edəcək. Vaşinqton beləliklə Moskvanı Ukrayna ilə danışıqlar masasına oturmağa məcbur etməyə çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” məlumat yayıb.

Qəzet yazır ki, sentyabrın 12-də G7 maliyyə nazirləri ABŞ-ın təklif etdiyi yeni tədbirlər paketini müzakirə edəcəklər. ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişinə nail olmaq niyyətindədir.

ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib: "Çin və Hindistanın Rusiya nefti alması Putinin hərbi maşınını maliyyələşdirir və Ukrayna xalqının mənasız qırğınını uzadır. Bu həftənin əvvəlində biz Aİ-dəki müttəfiqlərimizə açıq şəkildə bildirdik ki, əgər onlar qonşuluqlarındakı müharibəyə son qoymaqda həqiqətən ciddi idilərsə, bizə qoşulmalı və əhəmiyyətli rüsumlar tətbiq etməlidirlər. Bu rüsumlar müharibə bitən gün ləğv olunacaq. Sülh və rifah tərəfdarı olan Tramp administrasiyası buna hazırdır və G7 tərəfdaşlarımız da bizə qoşulmalıdır”.

O, planlaşdırılan rüsumların dəqiq rəqəmlərini açıqlamasa da, mənbələr ABŞ-ın 50%-dən 100%-ə qədər tariflər təklif etdiyini deyib.

Aİ rəsmiləri anlayır ki, iki əsas ticarət tərəfdaşına qarşı belə rüsumların tətbiqi iqtisadi fəsadlara və mümkün cavab tədbirlərinə səbəb ola bilər. Buna baxmayaraq, Brüssel ABŞ-ı inandırmağa çalışır ki, oxşar təzyiqi başqa vasitələrlə – məsələn, Rusiya enerji istehsalçılarına qarşı sanksiyaların sərtləşdirilməsi və Rusiyadan neft-qaz alışının dayandırılması müddətinin uzadılması ilə göstərə bilər.

Üç avropalı rəsminin sözlərinə görə, Tramp Rusiyadan hələ də neft alan və Aİ sanksiyalarının sərtləşdirilməsinə veto qoyan Macarıstana və Slovakiyaya təzyiq göstərməli olacaq. Brüssel, həmçinin, ucuz Rusiya nefti və qazı aldığına görə Çinə qarşı sanksiyalar tətbiqi imkanını da müzakirə edir.

Hazırda G7-yə sədrlik edən Kanada bəyan edib ki, görüş ABŞ-la müzakirələrdən sonra çağırılıb. Ottavanın sözlərinə görə, iştirakçılar "Rusiyaya təzyiqin gücləndirilməsi və onun hərbi maşınının məhdudlaşdırılması üçün əlavə tədbirləri” müzakirə edəcəklər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Hindistanı Kreml ilə neft ticarətinə görə tənqid edib. Nəticədə Vaşinqton Hindistana qarşı rüsumları ikiqat artırıb.

Çin isə Rusiya qazını almaqda davam edir və ABŞ-ın səbrini sınayır, lakin hələ sanksiyalara məruz qalmayıb.

Sentyabrın 10-da məlum olub ki, Tramp Avropa İttifaqından Hindistan və Çindən gətirilən mallara 100%-lik gömrük rüsumları tətbiq etməsini istəyib. Bu addım Ukraynadakı müharibəni dayandırmaq üçün birgə səylərin bir hissəsi kimi nəzərdə tutulur.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
qaynarinfo.az

1Sources