EN

Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir Tolik

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Ötən gün müğənni Səidə Dadaşovanın anası haqqında verdiyi açıqlamalar gündəm yaradıb.

AZXEBER.COM xəbər verir ki, "Öz aramızda” verilişində qonaq olan müğənni 10 ildir anası ilə danışmadığını dilə gətirmişdi. 

"Mənim uşağıma elə yanaşırlar ki, elə bil yad uşağıdır. 10 ildə nə gəlib, nə hədiyyə göndərib. Görmək də istəmirlər. Mən hamıya hörmətlə yanaşıram, amma bundan sonra məndən heç nə gözləməsinlər. Nə etməliyəm? Gedim qapılarında yatım? Uşağıma pis münasibət göstərən heç kəs mənim üçün yoxdur. Bir dəfə də siz yığın, siz axtarın. Yorulmuşam” deyən Səidə göz yaşı tökmüşdü.

Aparıcı, prodüser Tarix Əliyev məsələyə münasibət bildirib:

"Ötən gün Səidə Dadaşovanın çıxışını görəndə əvvəlcə reklam sandım. Sonra danışdıqca anladım ki, yox, həqiqi göz yaşlarıdır. Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir. Necə ola bilər ki, qızı on ildir anasının telefon nömrəsini bilmir. Öləndə gedirsən qəbrinə, təsəlli tapırsan. Amma burada ana sağdır... Nəvəsi məktəbə gedib, onun əlindən tutub məktəbə necə aparmamaq olar? Anam gedib Almaniyaya amma hər gün mənim uşağımın şəkilləri ilə yaşayır. Nənə necə nəvəsi üçün sevinməyə bilər? Mən bunu heç cürə anlaya bilmirəm".

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
azxeber.com

3Sources