EN

Paşinyanın partiyasında vəzifələr bölüşdürülür

Ermənistanda Hakim komanda əmindir ki, növbəti seçkilərdə yenidən hakimiyyətdə qalacaq, buna görə də vəzifələrin bölüşdürülməsi ilə bağlı müzakirələrə başlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli müxalifyönlü “Hraparak” qəzeti yazır.

“Mənbələrimiz bildirir ki, iqtidar partiyası daxilində böyük bir qrup fraksiya katibi, keçmişdə xəttini dəyişmiş və xaç atası Atyk Koncoryana parlamentin spikeri kimi baxır. Komanda bunu onun siyasi ritorika baxımından misilsiz olması, insani münasibətlərdə təmkinli davranması və kompromislərə hazır olması ilə əsaslandırır. Lakin bəziləri hesab edir ki, Koncoryan belə yüksək vəzifəyə layiq deyil, çünki onun ‘keçidçi’ imici var və bu baxımdan zəif nöqtəyə malikdir.

Elə adamlar da var ki, Ermənistanın ABŞ-dakı sabiq səfiri Lilit Makuntsun namizədliyini daha real hesab edirlər. Komandada deyilir ki, Paşinyan Makuntsu seçkiqabağı prosesin təşkilati məsələlərinə cəlb etmək qərarına gəlib və istisna deyil ki, 2026-cı ildə hakimiyyətə gələ bilsə, bu əsas vəzifəyə qadını təyin etməyi qərara alsın”, – deyə qəzet qeyd edir.

Musavat.com

Chosen
48
1
musavat.com

2Sources