EN

“Karvan”da da pozuntu AŞKARLANDI

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan müraciət əsasında Cəlilabad rayonunun Alar kəndində fəaliyyət göstərən sahibkar Tahir Bayram oğlu Qiyasova məxsus “Karvan” marketdə aparılmış yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu müəyyən ediblər.

Hafta.az xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatında bildirilib.

Məlumata görə, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları və alkoqolsuz içki aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.

Chosen
12
2
hafta.az

3Sources