EN

Köçkünləri təhqir edən jurnalist işdən qovulub?

Məcburi köçkünləri təhqir edən jurnalist cəzalandırlıb.

Gundem.az yenisabah.az-a istinadən xəbər verir ki, jurnalist Səidə Bəkirqızı Mediatürk TV-nin baş redaktoru vəzifəsindən azad edilib. 

Jurnalistin son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi təhqiramiz ifadələri onun işini itirməsinə səbəb olub.

Qeyd edək ki, Səidə Bəkirqızının məcburi köçkünlərlə bağlı çıxışları ictimaiyyətdə birmənalı qarşılanmayıb və ciddi tənqid edilib. 

Aparıcı isə şəxsi sosial media hesabından videomüraciət yayımlayaraq sözügedən çıxışdan öncə öz ərizəsi ilə işdən ayrıldığını bildirib:

 

"Sosial şəbəkələrdə yayılan çıxışım avqust ayının 25 də olub. Mən işdən qovulmamışam. Avqust ayının 5-də müdiriyyətə ərizə ilə müraciət edərək sentyabr ayının 1-dən işdən azad olunmağımı xahiş etmişəm. Buna səbəb kimi də daha yaxşı təklif almağımı bildirmişəm. Mən heç kimi təhqir etməmişəm, həqiqətləri demişəm. Təhqir və tənqidi ayırmaq lazımdır. Ayıra bilmirsinizsə, özünüzə jurnalist deməyin. Heç olmasa qələminizə hörmətiniz olsun!"

Chosen
41
17
gundem.az

10Sources